Siyasət

Zakir Həsənov: “Azərbaycan Türkiyənin dəstəyi ilə qələbə qazandı”

15 sentyabr / 13:47 1 dəq
2097243f dc03 3003 a2e9 e905108681d7
15 sentyabr / 13:47
Burada sizin reklamınız ola bilər

“Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazandı”.

Report-un xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin açılışındakı çıxışında bildirib.

“Bu bütün dünyaya Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirir. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin bu dəstəyini çox yüksək qiymətləndirir”, – Z.Həsənov vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər