250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Indir 2025 05 19t115145.710
Qabiliyyət imtahanlarına qeydiyyat başladı
Fexri ugurlu 2 1024x606
Çaldıran döyüşü mistik islamla ortodoksal islamın, ürfanla şəriətin savaşıdır -Fəxri Uğurlu
İradə bağça
Bağçada başlayan dəyişiklik,cəmiyyəti dəyişir-İradə Mustafayeva
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Zəngəzurda nə baş verir?

4 ay ago
A A
Laçın yol qarabağ zəngəzur

Ötən gün İran XİN sözçüsü İsmayıl Bəqainin Zəngəzur dəhlizi haqda açıqlamasının Azərbaycan mediasında dərhal tirajlanması Ermənistanda xüsusi panika ilə müşayiət olundu.

Qərbxəbər.com xəbər verir ki, məlumat yayılandan dərhal sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi.

Bəs, anlaşılmazlıq haradan qaynaqlanırdı?

İranın rəsmi xəbər agentlikləri Türkiyə ilə sərhəddə yığılıb qalan İrana məxsus 1000 yük maşını barədə məlumat yaymışdı. Belə ki, İranla Türkiyə arasında yük maşınları ilə bağlı problem yaranıb: İran Türkiyə yük maşınlarına yanacaq satılmasını qadağan edib. İranda yanacaq Türkiyəyə nisbətən ucuz olduğu üçün Türkiyə TIR-ları yanacağı İrandan almağa üstünlük verirlər – həm girişdə, həm də çıxışda.

Türkiyə isə İranın bu qadağasına cavab olaraq İran yük maşınlarına Türkiyəyə girişdə çənlərindəki yanacağın hər litrinə görə 28 lirə vergi tətbiq edib. Üstəlik, İran TIR-ları ehtiyacdan artıq yanacaq da götürürlər və Türkiyədə satırlar. Türkiyə İran TIR-larının satdığı yanacağa da əlavə vergi təyin edib.

Bəqai məhz bu məqama toxunaraq, İran nümayəndə heyətinin yaxın günlərdə məsələnin həlli üçün Türkiyəyə yollanacağını açıqlamışdı.

Bəqainin açıqlamasında ən çox diqqəti çəkən isə “Bu, siyasi deyil, texniki məsələdir” sözləri olmuşdu.

Zəngəzur dəhlizi necə ortaya atıldı?

Bəqainin eyni sözləri iki fərqli informasiya kimi yayıldı: birində yalnız Türkiyə-İran sərhədindən danışılır, digərində isə “sərhəd” ifadəsi “Zəngəzur dəhlizi” sözləri ilə əvəz edilir.

İlk baxışdaca ziddiyyət göz qabağındaydı:

– Bəqai Zəngəzur dəhlizi haqda “siyasi deyil, texniki məsələdir” sözlərini işlədə bilməzdi;

– Zəngəzurla bağlı “texniki məsələni” həll etmək üçün İran nümayəndə heyəti niyə müzakirə üçün Türkiyəyə getməlidir? Hətta bu məsələdə Türkiyə israrlı olsa belə, bu niyə “nəqliyyatçıların həll edəcəyi məsələ” (Bəqainin sözləridir) kimi təqdim edilir?

– Bəqai ayrı-ayrı mövzular haqda necə tam eyni sözlərlə – yalnız “sərhəd” sözünün yerinə “Zəngəzur dəhlizi”ni işlətməklə – danışa bilər?

Bunlar təsdiqləyirdi ki, Bəqai Türkiyə-İran sərhədindən danışır, Zəngəzur dəhlizindən deyil!

Eyni zamanda, İranın əsas xəbər agentlikləri də, Türkiyə mediası da Bəqainin sərhəd açıqlamasını yaymışdı, Zəngəzuru deyil.

İnformasiya manipulyasiyasını kim edib?

Bütün deyilənlərə baxmayraq, informasiya manipulyasiyasını Azərbaycan mediası deyil, İran mediası edib. Bəqainin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını yayan “Etimad”dır. “Etimad” İranın rəsmi qəzeti və ya xəbər agentliyi olmasa da, kifayət qədər geniş tiraja malik, oxunan saytıdır. Azərbaycanın bəzi xəbər agentlikləri də informasiyanın mənbəyi kimi “Etimad” və “Xəbəronlayn”dan istifadə edib.

O ayrı məsələ ki, Bəqainin Zəngəzur dəhlizi haqda bu cür ifadələr işlətməsinin mümkün olub-olmadığı şübhəsi ilə bir neçə və daha güvəncli mənbə, o cümlədən İran XİN-in rəsmi səhifəsi ilə müqayisələr aparıla bilərdi.

Hər bir halda Azərbaycanın bəzi media qurumları burada manipulyasiyaya məruz qalandır, manipulyasiya edən isə İranın öz mediasıdır və maraqlıdır ki, Bəqainin təkzibindən sonra belə manipulyatorlar – bu kontektdə “Etimad” – xəbəri səhifəsindən qaldırmayıb (skrin-şotlar təqdim edilir).

Son xəbərlər

250513 marco rubio ac 956p 007aa1

Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin

21 May 2025
Andriy yermak

Rusiya oğurladığı uşaqlarıgeri qaytarmasa sülh olmayacaq

21 May 2025
Məhkəme 1111

Məhkəmə Hacı Vəliyevlə bağlı qərar verib

21 May 2025
Imtahan

III qrupa aid altqrupları seçənlər üçün coğrafiya üzrə əlavə imtahan keçiriləcək

21 May 2025
Indir 2025 05 21t160337.618

Gəncədə avtomobillə motosiklet toqquşub

21 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.