Dünya

Britaniyalı nazir: Ukrayna və Rusiya arasında sülh heç vaxt olmadığı qədər yaxındır

20 avqust / 17:48 1 dəq
Jarvis arrives
20 avqust / 17:48
Burada sizin reklamınız ola bilər

“Ukrayna və Rusiya arasında sülh genişmiqyaslı müharibənin başlanmasından bəri heç vaxt olmadığı qədər yaxındır”.

Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib.

“Düşünürəm ki, Alyaska sammiti (ABŞ və Rusiya prezidentlərinin görüşü – red.) hadisələri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, mühüm məqamdır. Biz sülhə uzun müddət ərzində heç vaxt olmadığı qədər yaxınıq”, – o bildirib.

Jarvis əmindir ki, Ukraynadakı müharibə ilə bağlı vəziyyət dönüş nöqtəsinə çatıb və hərbi əməliyyatların dayandırılması şansı Rusiya işğalı başlayandan bəri ən yüksək həddədir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı