Kateqoriyasız

Xərçəngə qarşı peyvəndin tətbiqinə başlanılır

27 yanvar / 11:35 2 dəq
Peyvend
27 yanvar / 11:35
Burada sizin reklamınız ola bilər
“Rusiyada hazırlanan xərçəng peyvəndinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır”.

Qerbxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.

“Səhiyyə Nazirliyinə təqdim etdiyimiz, lakin hələ ki, təsdiqlənməmiş yol xəritəsi planına əsasən, avqustun sonunda icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq”, – Ginzburq deyib.

O əlavə edib ki, peyvənd təkcə ilkin melanoma olan insanlara deyil, həm də müalicənin müəyyən mərhələlərini artıq başa vurmuş xəstələrə də tətbiq oluna bilər.

Ötən il dekabrın sonunda “Mash” “Telegram” kanalı 50 xərçəng xəstəsinin Rusiyada xərçəng peyvəndinin klinik sınaqlarının birinci mərhələsində iştirak edəcəyini bildirmişdi. Proqramın birinci mərhələsi 2025-ci ilin sonuna qədər davam edəcək. Sınaq iştirakçıları tibb işçiləri tərəfindən davamlı olaraq nəzarətdə saxlanılacaqlar.

Paylaş
Burada sizin reklamınız ola bilər