Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Çaylı kəndində tarixi kəhriz quyularının bərpası davam etdirilir – Video

27 yanvar / 16:18 2 dəq
Kəhriz
27 yanvar / 16:18
Burada sizin reklamınız ola bilər

Qazax rayonu Çaylı kəndinin ərazisində 102 il bundan öncə əsası qoyulmuş köhnə kəhriz quyuları yenidən bərpa edilir.

“Qərb Xəbər”ə verdiyi məlumata görə, görülən işlər Çaylı Kənd Bələdiyyəsinin təşəbbüsü əsasında Beynəlxalq Miqrasiya Təşkilatının müvafiq proqram çərçivəsində Cənubi Koreyanın “Qoyko” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. 

Bələdiyyə sədri Müqabil Pirverdiyevin açıqlamasına əsasən, 41 quyuluq kəhriz bir-biri ilə əlaqələndirilmiş şəkildədir: “İşə başlayarkən 2 quyu batmışdı. Həmin batmış quyular yenidən qazılacaq, bütün kəhriz sistemi yenidən qurulacaq, quyulararası ötürücü şəkilərin üzləri “n” şəkilli beton örtüklərlə qapadılacaq. Ətrafları bağlanaraq, üzəri örtüləcək. Bununla da, 120 m3-lik hovuz tikilərək, su paylanılma həmin hovuzdan həyata keçiriləcək. Beləliklə də, hazırda paylanılan su 2 qatına yüksəldiləcək”, – sədr bildirib.

Bununla da, suyun azalmış səviyyəsi artırılaraq kəndlilərin su təminatının yaxşılaşdırılması yönündə addım atılacaq. Bu isə Çaylı kəndinin bəzi məhəllələrində içməli su xəttinin tamamı ilə kəsilməsi problemini aradan qaldıracaq.

Təmir-bərpa işlərində çalışan fəhlələrin çəkib “Qərb Xəbər”in redaksiyasına göndərdiyi videonu təqdim edirik:

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı