Dünya

ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədir

8 yanvar / 13:42 2 dəq
30e87bef 835e 354b b92f 3e1cac3aea60
8 yanvar / 13:42
Burada sizin reklamınız ola bilər

ABŞ-nin dövlət katibi Antoni Blinken (Antony Blinken) Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) “X”də yazıb.

“ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Antoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir”, – o bildirib.

Qeyd edək ki, ABŞ-nin dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. A.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər