Azərbaycanın XİN başçısı: “Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir”
Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb.
Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırldıb.
C.Bayramov həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı