Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Vardanyanla Balasanyan arasında qarşıdurma olduğuna dair məlumatlar var – Asif Nərimanlı

9 yanvar / 11:10 3 dəq
3274586907
9 yanvar / 11:10
Burada sizin reklamınız ola bilər
Vitali Balasanyanı müharibədən sonra separatçıların qondarma “təhlükəsizlik katibi” postuna Rusiya gətirmişdi və Qarabağdakı silahlı dəstələrin nəzarəti ona verilmişdi. Məqsəd sülhməramlılar bölgəyə gələndən sonra Paşinyana yaxın olan Araikin təsirinə qarşı hərbi gücü ələ keçirmək idi.
asif
Kremlin Ruben Vardanyanı bölgəyə göndərməsindən sonra Balasanyanın “vurulması” bu kontekstdə maraqlıdır: ruslar “hərbi gücü” “siyasi güc”lə əvəz edirlər;
Vardanyanla Balasanyan arasında qarşıdurmanın olduğuna dair məlumatlar var idi. Son dövrlər Balasanyanın Azərbaycanla “əlaqələr”də ittiham olunması da bu qarşıdurmadan qaynaqlanırdı. Və ilk versiyada belə görünür ki, Ruben qarşıdurmadan qalib çıxdı. Bu, həm də Vardanyanın bölgədə Rusiyanın dəstəyini bütöv əldə edən fiqura çevirir.
İstisna deyil ki, artıq “istifadəyə yararsız” olan Balasanyanın göndərilməsi Rusiyanın Vardanyanın yolunun tam açmasıdır. Lakin Rubenin getdiyi adresin separatçı rejimin “başçısı” postu olduğu şübhə doğurur, xüsusilə rusların bölgədə mövcudluğu məsələsi sual altında olması baxımından.
Hələ az ehtimal kimi görünsə də, Vardanyanın əsas hədəfinin separatçı rejimi ələ keçirməkdən daha çox, Qarabağdan Ermənistan siyasətinə transformasiya etmək və Paşinyanı “taxtdan” endirmək olduğu istisna deyil. Aydındır ki, belə bir mümkün ssenari Rusiya tərəfindən hazırlanıb və Vardanyan “arsax döyüşçüsü” kimi Ermənistan siyasətinə atıla bilər. O baxımdan, Vitalinin Rubenin “İrəvan yolundan” kənarlaşdırıldığını demək mümkündür. Kremlin Qarabağda “hərbi gücü” “siyasi güc”lə niyə əvəz etdiyinə də bu kontekstdə baxa bilərik.
İndiki halda isə baş verənlər separatçı rejimin daxilində qarşıdurmanın olduğunu açıq şəkildə göstərir. Qarabağda həyat şərtlərinin çətinləşməsi bu “didişməni” daha da kəskinləşdirə bilər və bu, bütün hallarda xeyrimizədir.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı