Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Tullantı məhsullarına ikinci həyat verən adam – Video

11 dekabr / 11:30 2 dəq
Senetkr
11 dekabr / 11:30
Burada sizin reklamınız ola bilər

Salyan sakini lazımsız əşyalara yenidən can verir. 75 yaşlı Adil Kazımov 20 il sürücü olaraq çalışıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu peşə ilə vidalaşdıqdan sonra, digər işlərə maraq göstərib.

İşsiz qala bilmədiyini bildirən A.Kazımov deyir ki, o vaxtdan bu günə kimi boş vaxtlarında həyətini lazımsız tikinti tullantıları ilə bəzəməyə başlayıb. Onun bu işə əvvəldən də marağı olub. O, heç kimin istifadə etmədiyi, gərəksiz bildiyi tikinti tullantılarından divarlarda bir-birindən maraqlı, rəngarəng kompozisiyalar yaradıb.

A.Kazımov evin fasadlarını, hasarların üz hissəsini kafellə bəzəməklə yanaşı, həyətdəki yarımtikililərin də içərisini belə düzəldib. Onun hazırladığı kompozisiyalar bir-birini tamamlayır.

A.Kazımov başqalarının lazımsız, tullantı olduğunu düşündüyü əşyalara başqa gözlə baxır. Beynində fantaziyalar yaradır. Onun şam ağacının qozalarından düzəltdiyi rəngarəng quşlar da bu fantaziyanın məhsuludur. O, bu əl işini 10 dəqiqəyə hazırladığını deyir.

A.Kazımovun 100-dən çox əl işi var. Bir çoxunu dostlara, tanışlara hədiyyə edib. Qəhrəmanımız deyir ki, insanlar gərək çölə atılacaq tikinti tullantılarını, əşyaları lazımsız, gərəksiz saymasın. Onlara yenidən can verib, nəyəsə nail olmaq mümkündür. Yetər ki, buna həvəsin, sevgin olsun.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı