Asif nerimanlı
İranın Zərgəzurda açdığı konsulluqmu,yoxsa hərbi fəaliyyətlərin kordinasiya mərkəzimi?-ASİF NƏRİMANLI
Elnur nemətov 4
UNUDULAN QİDALAR VƏ BƏDƏNİN DƏYİŞƏN EHTİYACLARI- Nutrisoloq ELNUR NEMƏTOVUN yazısı
Tdt
TDT növbəti Zirvə görüşünün tarixi müəyyənləşib
Imtahan dİm
II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri məlum olub
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

3 həftə ago
A A
Imtahan qebul

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 13-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Qerbxeber.com xəbər verir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51237 nəfərdən 337 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 28 may saat 10:00-dan 30 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Son xəbərlər

Prezident

Prezident sosial müavinətlərin artırılması barədə Fərman imzaladı

12 İyun 2025
Bıçaqlanma

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib

12 İyun 2025
Pavel hercinski sefir

“Səmimi ümid edirik ki, Gürcüstan bir gün Avropa İttifaqının üzvü olacaq” – Səfir Herçinski

12 İyun 2025
Kobaxidze

“Avropa səfirlərini Gürcüstanda nifrəti qızışdırmaqdan çəkinməyə çağırırıq” – Baş nazir Kobaxidze

12 İyun 2025
Paweł herczyński

Aİ Gürcüstanla vizasız rejimin dayandırılmasını müzakirə edir

12 İyun 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.