Hadisə

MN: “Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”

20 sentyabr / 12:01 1 dəq
Mn
20 sentyabr / 12:01
Burada sizin reklamınız ola bilər

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır”, – məlumatda vurğulanır.

Paylaş
Burada sizin reklamınız ola bilər