Ukraynada çağırış vərəqəsi əsasında 10 gün ərzində hərbi kommisarlıqlara gəlməyən şəxslərə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Qerbxeber.com “unian“a istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilb ki, bu qəbildən olanların ölkədən çıxışına qadağa qoyulmaqla yanaşı, bank hesabları dondurulacaq. Eyi zamanda hərbi çağırışdan yayınanlar nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediləcək.