Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Brüsseldə fikir ayrılıqları

27 iyun / 18:56 3 dəq
5b6f2dca 19dd 3154 8441 826f498ce058 850
27 iyun / 18:56
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının (Aİ) 27ölkəsinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən və dünən gecə saatlarında başa çatan Avropa Şurasının sammitində mühüm məsələlər müzakirə edilsə də, heç bir önəmli qərar qəbul edilmədi. Rusiyaya qarşı qəbul edilməsi vəd olunan 18-ci sanksiya paketinin təsdiqlənməməsi isə böyük məyusluq doğuran məqam oldu.

Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, yorğun liderlər gecə gec saatlarda dağılışdılar, onların bir çoxu hətta yekun bəyanat gözləyən jurnalistlərə yaxınlaşmadı belə.

Görüş başlamazdan əvvəl artıq aydın idi ki, Macarıstan və Slovakiya sanksiyalar və Ukrayna ilə bağlı qabaqcadan sərgilədikləri mövqelərdən geri çəkilmək niyyətində deyillər.

Bu arada, Niderlandın Baş naziri Dik Sxof nikbinliklə bildirib ki, Slovakiya ilə ayrıca danışıqlardan sonra yaxın bir neçə həftə ərzində sanksiyalar təsdiqlənəcək.

Məyusluq doğuran digər məqam Ukraynaya Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq hüququnun verilməsi ideyasının Macarıstan tərəfindən bloklanması oldu.

Məlum olduğu kimi, 9 iyul ABŞ ilə ticarət rüsumları ilə bağlı razılaşmanın əldə edilməsi üçün son tarixdir. Aİ liderləri ABŞ ilə aparılacaq ticarət danışıqları ilə bağlı mövqelərini razılaşdırıblar.

Bir çox liderlərin fikrincə, ən ehtimal olunan nəticə “Britaniya variantı”, yəni 10 % barədə razılaşma olaraq qalır. Bunu xüsusilə Litva Prezidenti Gintaris Nauseda və Niderlandın Baş naziri Dik Sxof bəyan ediblər.

Görünür, bu danışıqları asanlaşdırmaq üçün ÜTT-yə alternativin yaradılması barədə yeni ideya irəli sürülüb. Bu ideya Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə məxsusdur və 27 Aİ ölkəsinin CPTPP (Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Mütərəqqi Saziş) blokunun 12 üzvü ilə səyləri birləşdirməklə yeni ticarət təşkilatının yaradılmasından ibarətdir. CPTPP iştirakçılarını (Böyük Britaniyanın iştirakı ilə) azad ticarət haqqında razılaşma birləşdirir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı