Dünya

Bir qrup tanınmış fransız xadim Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi üçün Makrona müraciət edib

19 iyun / 09:44 1 dəq
6671af00b0de76671af00b0de817187264006671af00b0de56671af00b0de6
19 iyun / 09:44
Burada sizin reklamınız ola bilər

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.

Qerbxeber.com xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar.

Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər.

Müraciəti ünvanlayanlar “bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə – Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi” Makrondan xahiş ediblər.

Onlar Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.

Paylaş
Burada sizin reklamınız ola bilər