Ukrayna Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib.
Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İndicə yeni sanksiyalar paketi imzalandı. Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən də kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Sanksiyalar Ukrayna Milli Bankının tələbi ilə tətbiq edilib”, – Zelenski bildirib.
Sanksiya siyahısına 60 hüquqi və 73 fiziki şəxs daxil edilib.