Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.
Qerbxeber.com-bildirir ki, APA-nın TASS-a istinadən xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.
“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.
Hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.
İlkin məlumata görə, Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.
RİA “Novosti” xəbər verir ki, bunu Respublikanın rəisi Rüstəm Minnixanov açıqlayıb.
O bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Məlumata görə, Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.
Sözügedən addım təhlükəsizlik tədbirləri ilə əsaslandırılıb.