UEFA Çempionlar Liqası: Daha 6 qarşılaşma baş tutub
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda daha 6 qarşılaşma baş tutub.
Qerbxeber.com xəbər verir ki, “Qarabağ”ın rəqiblərindən “Ayaks” evdə “İnter”lə üz-üzə gəlib.
“Liverpul” “Atletiko”nu qəbul edib, “Çelsi” səfərdə “Bavariya”nın qonağı olub. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda “Atalanta” ilə qarşılaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
“Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) – 0:0
“Slaviya” (Çexiya) – “Budyo Qlimt” (Norveç) – 2:2
PSJ (Fransa) – “Atalanta” (İtaliya) – 4:0
“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 3:1
“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 3:2
“Ayaks” (Niderland) – “İnter” (İtaliya) – 0:2




