Bölgə xəbərləri

Qardaş ölkəyə yardım kampaniyası davam edir

9 fevral / 21:47 1 dəq
IMG 20230209 WA0029
9 fevral / 21:47
Burada sizin reklamınız ola bilər

Qardaş ölkə Türkiyəyə yardım kampaniyası artıq bir neçə gündür davam edir.

“Qərb Xəbər”in xüsusi müxbiri Gülnar Vəliyeva paytaxt Bakıdan xəbər verir ki, kampaniyaya qoşulan insanların sayı hər keçən gün artmaqdadır. Toplanan yardımların əksəriyyətini isti geyimlər və qidalar təşkil edir. İctimai yardımın toplanması Heydər Əliyev adına İdman-Konsert Kompleksində həyata keçirilir.

Eyni zamanda Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir: “Yardım etmək istəyən əhaliyə məlumat üçün bildiririk ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a qədər qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsini və qablaşdırılaraq göndərilməsini təmin edirlər”.

 

IMG-20230209-WA0035

 

IMG-20230209-WA0034 IMG-20230209-WA0033 IMG-20230209-WA0032 IMG-20230209-WA0031 IMG-20230209-WA0030 IMG-20230209-WA0029 IMG-20230209-WA0025

Paylaş
Burada sizin reklamınız ola bilər