Hadisə

MN: “Kəlbəcərdə mövqelərimiz atəşə tutulub”

5 oktyabr / 17:05 1 dəq
F34e026d b7e3 3385 9fa0 d1d70642402c
5 oktyabr / 17:05
Burada sizin reklamınız ola bilər

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib”, – məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər