Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Türkiyəli deputat: “NATO PA-da Zəngəzur dəhlizi ilə bağlı təklifimiz qəbul edilib”

29 sentyabr / 09:39 2 dəq
Indir 2023 09 29T093455.455
29 sentyabr / 09:39
Burada sizin reklamınız ola bilər

Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyasına təqdim olunan, Zəngəzur dəhlizi ilə bağlı mövzunun da yer aldığı təklif qəbul edilib.

“Qərb Xəbər” bildirir ki, “Report”un Ankara Bürosunun “Bengütürk” telekanalına istinadla xəbərinə görə, bu barədə Türkiyənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasının (PA) – İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin üzvü, MHP sədrinin müavini, professor Mevlüt Karakaya bildirib.

“Bir kəmər, bir yol” və Zəngəzur dəhlizinin hazırda ən aktual məsələ olduğunu deyən millət vəkili keçən il noyabrın 22-də NATO PA zamanı təklif olunan və hesabata əlavə edilən bənddə diqqəti yeni açılacaq Zəngəzur dəhlizi mövzusuna yönəltmək məqsədləri olduğunu vurğulayıb: “Təklifdə Azərbaycanın Avroatlantik regionun enerji təchizatında oynayacağı rolu və Zəngəzur dəhlizinin NATO müttəfiqlərinin enerji təhlükəsizliyinə verdiyi töhfəni vurğulamışdıq. Bu, qəbul olundu. Zəngəzur dəhlizi regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Mevlüt Karakaya Zəngəzur dəhlizinin enerji təhlükəsizliyi və iqtisadi tərəqqi ilə yanaşı, türk dünyasına açılan qapı, Turana gedən yol adlandırıb: “Qlobal, regional və əlaqələr baxımından bu dəhlizin bizim üçün əhəmiyyəti çox yüksəkdir. Çünki Zəngəzur dəhlizi qlobal iqtisadiyyata və təhlükəsizlik məsələlərinə verdiyi töhfədən əlavə, bizim üçün Azərbaycanın təhlükəsizliyidir, türk dünyasına açılan qapıdır, turana gedən yoldur”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı