Avstraliya enerji resurslarının alınması və humanitar problemlərin həlli üçün Ukraynaya 20,5 milyon dollar göndərəcək.
Qerbxeber.com xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq məlumat yayıb.
Bildirilib ki, 13,3 milyon dollar ukraynalıları istilik və elektrik enerjisi ilə təmin etmək, 6,6 milyon dollar əsas tələbat mallarının alınması üçün lazımdır.
Kanberra Ukrayna Silahlı Qüvvələrinin şikəst olmuş hərbi qulluqçularının reabilitasiyası üçün isə BMT-nin Əlillərin Hüquqları üzrə Tərəfdaşlığına 663,7 min dollar göndərəcək.