“Turan Tovuz” Azərbaycan millisinin futbolçusunu transfer edib
“Turan Tovuz” Azərbaycan millisinin futbolçusu Sertan Taşkını heyətinə qatıb.
Klubdan “Qərb Xəbər”ə verilən məlumata görə, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli oyunçunun son klubu “Zirə” olub. Ötən mövsümün sonunda “qartallar”dan ayrılan Taşkın daha əvvəl “Keşlə” və “Sumqayıt”ın da formasını geyinib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı