Son Xəbərlər
Dünya

Tramp Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşəcək

6 avqust / 07:06 1 dəq
Donald Trump official portrait Official portrait of President Donald J. Trump, Friday, October 6, 2017. (Official White House photo by Shealah Craighead)
6 avqust / 07:06
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.

Qerbxeber.com Teleqraf-a istinadən  xəbər verir ki, Birləşmiş Ştatlar rəhbərinin iş qrafikindən belə bəlli olub.

Dərc olunan proqrama əsasən, Ermənistanın baş nazirinin qəbulu avqustun 8-ə, Vaşinqton vaxtı ilə saat 14:30-a təyin edilib. Azərbaycan Prezidenti ilə danışıqlar saat 15:20-yə (yerli vaxtla) təyin edilib.

Həmin gün, yerli vaxtla saat 16:00-da D.Trampın Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə birgə bəyanat verəcəyi gözlənilir.

İ.Əliyev və N.Paşinyanın Vaşinqtonda Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı memorandumunun imzalayacaqları ehtimal edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər