Noyabrın 26-dan 27-ə keçən gecə Tovuz rayonunun dağ kəndlərinə ilk qar yağıb.
Rayonun Muncuqlu, Qoşa, Şıxheybət, Hacılar, Pələnkli kəndləri bəyaz örtüyə bürünüb. Təxminən 6 sm qalınlığında olan qar, yağan kimi də sosial problemləri özü ilə gətirib. Belə ki, qar yağmağa başlayandan az müddət sonra bütün ərazidə elektrik enerjisinin verilməsi dayanıb.
Qerbxeber.com xəbər verir ki, bu gün günorta saatlarına qədər əraziyə enerjinin verilməsi bərpa edilməyib.Xatırladırıq ki, dağ kəndlərinin əksəriyyətinin elektrik xəttləri və dirəkləri istismar müddətini başa vurmuş, köhnəlmiş durumdadır.