Tovuzda qəza olub, xəsarət alan var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Ağstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi “Volkswagen” markalı avtomobillə “VAZ-2106” toqquşub. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb. Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı