Tovuz Gənclər Evində regionlarda gənclər arasında könüllülüyün təşviqi mövzusunda təlim keçirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, təlim Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən təşkil olunub.
Təlimçi Kazım Məmmədov Könüllülüyün insana qazandırdığı müsbət keyfiyyətlərə toxunub. Daha sonra isə kiçik enercayzer təşkil edilib.
Layihə rəhbəri Zülfiyyə Nuriyeva gənclərə bir sıra mövzularla yanaşı, İnsan Alverinə Qarşı Mübarizə haqqında da geniş məlumat verib.
Yekunda Könüllülərə Sertifikat verilib.