Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Politoloq: “Rusiya və İran Azərbaycana qarşı mövqe tutub”

20 iyul / 16:25 3 dəq
B7ed79da 0516 407d b370 5e8f382c99be
20 iyul / 16:25
Burada sizin reklamınız ola bilər

İranda 7-ci samit keçirilib. Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə 19 iyul 2022-ci ildə keçirilən 3 tərəfli görüşün sonunda birgə bəyannamə qəbul edilib.
Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Tərəflərin birgə qərarına görə, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Çıxış zamanı İran prezidenti İbrahim Rəisinin fikirləri də bunu təsdiqləyir: “Suriya münaqişəsinin yeganə yolu diplomatiyadır”.
Görüşün nəticələri ilə bağlı “Qərb Xəbər”ə danışan politoloq Pünhani Əsgərlinin sözlərinə görə, Suriya məsələsinin həlli diplomatik yolladır ki, sammit zamanıda bu qərar verilib: “Bəşər Əsəd hakimiyyətdə qalacaqmı və yaxud ölkədə olan hərbi qüvvələr geri çəkiləcək, və s. Bunlarla bağlı daha detallı məlumat, bir sülh müqaviləsi yoxdur. Bunun üçün sammitin nəticəsi ilə bağlı net bir cavab vermək mümkün deyil. Təbii ki, biz burda Suriyadan daha çox Rusiya və İranın bir-biri ilə iqtisadi əlaqələrini gücləndirmək üçün bir vasitə saymaq olar bu sammiti. Əlbəttədə ki, burda Türkiyənin öz maraqları var. Qardaş ölkə sayılı dövlətlərdəndir ki, həm Rusiya prezidenti ilə, həm də ABŞ prezidenti ilə danışıqlar aparır. Həmçinin, Türkiyə Ukrayna məsələsindədə maksimum iqtisadi olaraq gəlir götürmək istəyir. Həm Rusiya, həmdə Ukrayna ilə yaxın əlaqələrinində olduğunu unutmayaq”.
Politoloq bildirdi ki, danışılan məsələlərdən biri də Azərbaycan – Ermənistan münaqişəsi, Dağlıq Qarabağdakı, vəziyyət olmuşdur: “Burda mən düşünürəm ki, İran daha çox narahat olmuşdur. Çünki biz bilirik ki, Zəngəzur dəhlizi Azərbaycan üçün nə qədər stratejik əhəmiyyət daşıyırsa, İran üçün də bir o qədər əhəmiyyətlidir. Çünki, İran Zəngəzur dəhlizinə qarşıdır. Bu dəhlizin alternativ olaraq İran ərazisindən keçməsini istəyir. Bildiyimiz kimi, Naxçıvanla Azərbaycanı birləşdirən İrandır. Azərbaycana Zəngəzurdan dəhliz verilməsi əks təqdirdə isə Azərbaycanın bunu hərbi yolla alması olacaq. Lakin, İran bu tip bir mövqeyə qarşıdır”.
Politoloq son olaraq qeyd edib ki, Rusiyanın Azərbaycandan narazılığı var. Səbəb isə Aİ ilə bağlanan sazişdir: “Hətta, fikrimcə Rusiya və İran Azərbaycana olan narazıçılıqlarını Türkiyəyə bildirdiklərini və Azərbaycana qarşı mövqe tutduqlarını düşünürəm”.
Vüqar Mehtizadə
Qərb Xəbər

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı