Dekabrın 3-də Tovuzda KOB (Kiçik və Orta Biznesin) İnkişaf Mərkəzi tərəfindən pandemiya qaydalarına riayət etməklə “KOB subyektləri üçün mövcud dövlət mexanizmləri” mövzusunda təlim keçirilib.
“Qərb Xəbər”in məlumatına görə, Tovuz KOBİM-in eksperti tərəfindən sahibkarlara geniş məlumat verilib.
38 sahibkarın qatıldığı təlimin yekununda mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Tovuz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.