Hadisə Ağstafa Su anbarı sağ-sahil magistral kanalının rayonun Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Qərb Xəbər”ə verilən məlumata görə, toydan çıxan şəxslər ,rayonun Xatınlı kənd sakinləri 64 yaşlı Almaz Rüstəmova, 46 yaşlı Şirzad Əmrahov, 42 yaşlı Günel Əmrahova və 41 yaşlı İsgəndər Gülməmmədov kanalın üstündəki bəndən keçən zaman su kanalına düşüblər.
Məlumata görə onlar taksiyə minmək üçün tələsirmişlər.
Ərazinin qaranlıq olması və kanalın kənarında qoruyucu məhəccərin olmaması bədbəxt hadisəyə səbəb olub.
Dərhal əraziyə Təcili Tibbi Yardım avtomobilləri, Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.