Qerbxeber.com Aktual.ge -yə istinadən xəbər verir ki, ərazidə 20-dən çox çadır qurulub və bu səbəbdən bir neçə istiqamətdə Melikişvili prospekti, Varazişxevi, Kekelidze küçəsi və Çavçavadze prospektlərində hərəkət məhdudlaşdırılıb.
Aksiya iştirakçıları Çavçavadze prospektində yolu zibil qutuları və stullarla bağlayıblar.
Aksiya iştirakçıları gecə boyu mitinqin təşkilatçıları tərəfindən yemək, isti çay, kofe və isti yorğan-döşəklə təmin edilib.
Xatırladaq ki, “Dəyişiklik üçün Koalisiya” və “Birlik Milli Hərəkatı” liderlərinin çağırışı ilə etirazçılar Çavçavadze prospektinin müəyyən hissəsini, xüsusən də TDU-nun birinci korpusunun yaxınlığındakı kəsişməni bağlayıblar. Müxalifət liderləri 24 saatlıq aksiya elan edərək noyabrın 18-i saat 20:00-a qədər orada qalacaqlarını bildiriblər.