Kateqoriyasız

Tərtər yenidən atəşə tutulub

9 noyabr / 11:31 1 dəq
8172169c 4f84 32ed b4fe 3dcc583ab9b7
9 noyabr / 11:31
Burada sizin reklamınız ola bilər

Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri və ətraf kəndləri artilleriya atəşinə tutub.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Qarşı tərəfin növbəti dəfə atdığı mərmilərdən biri şəhərin mərkəzi küçələrinə düşüb. Nəticədə ətrafda olan evlərə, mağazalara, elektrik naqillərinə külli miqdarda ziyan dəyib.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər