Bölgə xəbərləri

Gəncədə Milad bayramı qeyd edilib

7 yanvar / 11:05 2 dəq
63b914fe6024663b914fe60247167307391863b914fe6024463b914fe60245
7 yanvar / 11:05
Burada sizin reklamınız ola bilər

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib.

Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün – 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

 

Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.

Xatırladaq ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xatırladaq ki, Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır.

63b914fe4bf1c63b914fe4bf1d167307391863b914fe4bf1a63b914fe4bf1b 63b914fe6839f63b914fe683a0167307391863b914fe6839c63b914fe6839d 63b914fe63dbd63b914fe63dbe167307391863b914fe63dbb63b914fe63dbc 63b914fe6024663b914fe60247167307391863b914fe6024463b914fe60245

Paylaş
Burada sizin reklamınız ola bilər