Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndində yerləşən evinə gətirilib.
“Qərb Xəbər”in məlumatına görə, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak edirlər.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.