Sosial

Tərtərə dəymiş ilkin ziyan məlum olub

3 oktyabr / 15:01 1 dəq
498dd89a ecfc 3453 8c18 f52dc9e69fea
3 oktyabr / 15:01
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.  

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Məlumata görə, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib. 

Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb. 

Qeyd edək ki, dünən – oktyabrın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir. 

Paylaş
Burada sizin reklamınız ola bilər