Bölgə xəbərləri

İxtisas qrupları üzrə vakant yerlərin sayı məlum olub

1 sentyabr / 12:39 1 dəq
E7b81c1e 165f 4beb 8e7c 3c5e4a3b1a08
1 sentyabr / 12:39
Burada sizin reklamınız ola bilər

İxtisas qrupları üzrə vakant yerlərin sayı açıqlanıb.

“Qərb Xəbər”in xəbərinə görə, ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78 faiz).

Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal olan vakant yerlərin sayı 285-dir (2,78 faiz).

I ixtisas qrupu üzrə vakant yerlərin sayı 327, o cümlədən minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 7 (0,28 faiz) təşkil edir.

II ixtisas qrupu üzrə vakant yerlərin sayı 519, III ixtisas qrupu üzrə vakant yerlərin sayı 1010, o cümlədən minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 127 (4,92 faiz), IV ixtisas qrupu üzrə vakant yerlərin sayı 286, o cümlədən minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 151 (13,92 faiz), V ixtisas qrupu üzrə vakant yerlərin sayı 309-dur.

Paylaş
Burada sizin reklamınız ola bilər