Ağstafa rayonu ərazisində təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub.
‘Qərb Xəbər’ bildirir ki, hadisə nəticəsində xeyli sayda müxtəlif güclərdə olan yüksək və aşağı gərginlikli xətt dayaqları sınıb, elektrik naqilləri zədələnib, bəzi ərazilərdə güclü sel elektrik xətlərini yuyub aparıb.
Hazırda butün xətlər gərginlik altındadır. 110/10 kV-luq “Poylu-Dartı” yarımstansiyasından çıxan Ceyrançöl hava xətdində 2 budaqlanmada təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, hadisədən dərhal sonra ərazilərə əlavə mal-material, maşın-mexanizmləri və işçi qüvvəsi cəlb edilib. Təbii fəlakətin vurduğu ciddi zərərin aradan qaldırıması istiqamətində operativ şəkildə tədbirlər görülüb.