Hadisə

Şuşada traktor minaya düşüb, xəsarət alan var

22 sentyabr / 14:21 1 dəq
6448bd03cc9df6448bd03cc9e016824885796448bd03cc9dc6448bd03cc9dd
22 sentyabr / 14:21
Burada sizin reklamınız ola bilər

Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb. Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.

Paylaş
Burada sizin reklamınız ola bilər