Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Xəbər

Ağ və Boz qurd canavar deyil: xarakteri valeh edir

15 aprel / 11:30 5 dəq
Bozqurd
15 aprel / 11:30
Burada sizin reklamınız ola bilər

Amerika alimləri 12.500 min il əvvəl nəsli kəsilmiş “dəhşətli qurd” növünü bərpa etməyi bacarıblar. Bu qurdlar ağ rəngdə olurlar və Boz qurd növündən 25-30% daha böyük, 70 kq-a qədər çəkiyə malikdirlər.

Niyə məhz Ağ qurd?

Ağ qurd qədimdən sehrli bir varlıq hesab olunur. Onu “Ağ kral” adlandırırlar ki, bu da onun digər qurdlar üzərindəki hökmünə görədir.

Qədim xalq inancına görə, Ağ qurd meşənin hökmdarı, heyvanların ağasıdır. Ağ rəng belə bir qurdu fövqəltəbii gücə sahib olan daha yüksək bir varlıq kimi fərqləndirir.

Ağ qurd günəş işığının və lütfün simvoludur.

Qüdrətli Ağ qurd həm də əzmkarlıq və davamlılıq simvolu kimi qəbul edilir. O, ailəsinə sədaqətlə yanaşı, gücün təcəssümüdür.

Qurd bütün həyatını yeganə dişisinə həsr edir və balalarının qayğısına qalır, onlara heç vaxt xəyanət etmir.

Bu gün çoxlarını təəccübləndirə bilər, amma qurd nəcib bir heyvandır, qorxmazlıq nümunəsidir. İstənilən döyüşdə sona qədər vuruşur: ya qalib gəlir, ya da ölür, amma heç vaxt döyüşdən və düşməndən qaçmır.

Qurd azadlığın, sarsılmazlığın və müstəqilliyin simvoludur. Bu keyfiyyətlərinə görə qədim türklər onu özlərinə totem seçmişlər.

Ağ qurd ac qalır, lakin leş yemir və buna görə də təmizlik nümunəsi hesab olunur.

10-12-ci əsrlərdə, oğuz-qıpçaqların əsas totemi Ağ qurd olmuşdur.

Çəkisi və boyu baxımından Ağ qurd mifik pantürk qəhrəmanı, nəhəng Alp Ər ilə müqayisə edilir. Türk boylarının hərbi bayraqlarında qurd başı təsvir edilmişdir.

Qurd onun azadlığına xələl gətirəcək hər kəsi parçalamağa, didməyə hazırdır.

Qurd ailəsi də bir neçə yerə bölünür.

Ağ və göy qurdlar nəsli insanlara kömək edər, onlara yol göstərər. Qurd ailəsinin başbilənləridir. Bunlar Qurd ailəsinin seçilmişləridir. Əsla və əsla gözə görünməzlər. Yalnız Qurd ailəsi çətinlikdə olanda üzə çıxarlar.

Boz qurdlar döyüşçülərdir, ailə qoruyanlardır. Nəsil artımı onlar üzərindədir. Bütün qurd ailəsinin və törəsinin inkişafı onlardan asılıdır.

Qara qurdlar müasir canavarların atalarıdır. Onlar bir qədər dağlıq yerdə yaşamağa üstünlük verirlər. Bir növ sürü psixologiyasından uzaqdır. Leş və cəmdək yeyirlər. Qurd törəsinə az riayət edirlər.

Canavarlar Boz qurdla Qara qurdun yaxınlığından əmələ gəlir. Lakin ana südü əmdiyi üçün qurd törəsinə sadiq deyillər. Onlar anaları kimi leş və cəmdək yeyir, sürüyə çox sədaqətli olmurlar. Bir növ təmiz qan sayılmır.

Ən qədim türklər üçün aslan və qurd Günəşi təmsil edib. Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.

Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir.

Hətta intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir. Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, göz-gözə dayanar, saldıracağını öncədən bəlli edər.

Əgər qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər.

Qurd haqqında eyni rəvayət həm türklərdə, həm almanlarda, həm də italyanlarda mövcuddur. Yaхud Hun sərkərdəsi Atilla (Attila) haqqında əfsanələrə bir çoх хalqın nağıllarında rast gəlmək olar. Qəribədir ki, həmin хalqlar həm qurdu, həm də Atillanı özününkü hesab edirlər.

Müəllif: Zaur Əliyev

Axar.az
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı