Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Sudan qanunsuz istifadəyə görə cərimələr gücləndiriləcək

23 aprel / 13:35 3 dəq
Images (46)
23 aprel / 13:35
Burada sizin reklamınız ola bilər

“Ölkənin aqrar sahəsinin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. 2024-cü ildə suvarma üçün 9 milyard 256 milyon kubmetr su götürülüb, ondan 2 milyard 500 kubmetrə yaxın su itkiyə gedib”.

Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

O bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında çətinliklərlə bağlı addımlar atılır, su bölgüsü cədvəllərində operativ qaydada dəyişikliklər edilir: “Azərbaycanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər payanıb. Daşqın sularının yalnız 10-15%-i suvarma üçün istifadə edilə bilir, qalanı çaylara axıdılır. 4800 km suvarma kanallarının tikinti və bərpası həyata keçirilib. Son illərdə 3040 ədəd artezian quyusu istifadəyə verilib. Hazırda bir sıra su anbarlarının tikintisi, Şirvan suvarma kanallının yenidən qurulma işləri həyata keçirilir, Qarabağ kanalının layihəsi işlənir. Qeyd edilən tədbirlərdən sonra 556 min hektar sahədə su təminatı yaxşılaşdırılıb, 200 min hektardan artıq yeni suvarılan torpaq əkin sahələrinə əlavə edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə son 3 ilin proqnoz göstəriciləri əsasında azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi ilə bağlı fəaliyyət əlaqələndirilib. Qarabağ və Şərqi Zəngəzurda olan su ehtiyatları əsasında elektron su xəritəsinin hazırlanmasına başlanıb. Cərimələrin yenidən sərtləşdirilməsi istiqamətində işlər davam etdirilir. Su limitinə riayət olunması, götürülən suların düzgün bölüşdürülməsi itkilərin azalmasına səbəb olacaq.

Sudan istifadəyə nəzarətin gücləndirilməsi, cərimə mexanizminin yenidən işlənməsi və sərtləşdirilməsi, mühafizə zolaqlarının zəbt olunmasının qarşısının alınması, çaylarda karxanaların fəaliyyətinə nəzarətin artırılması üçün mühüm addımlar atılmadadır.

Ölkəmizdə müasir suvarma sisteminin tətbiqi təqribən 10% təşkil edir. 2040-cı ildə su təminatının 100%-ə çatdırılması hədəflənir. Torpaqlarımız işğaldan azad olunandan sonra su təsərrüfatı və aqrar sahədə yeni dövr başlanır. Azad edilmiş ərazilərdə çoxlu su resursları mövcuddur”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı