Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
NATO-nun Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.
Qerbxeber.com xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında deyib.
“NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur”, – Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı