Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gürcüstanda yanacağın qiymətinin aşağı düşəcəyi gözlənilir

28 iyul / 14:29 3 dəq
Olkədə yanacaq qitligi varmi – Aciqlama
28 iyul / 14:29
Burada sizin reklamınız ola bilər

“Larinin məzənnəsinin möhkəmlənməsi fonunda yaxın gələcəkdə yanacağın qiyməti mütləq ucuzlaşacaq”.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Neft Məhsulları İdxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvili məlumat verib.

O, həmçinin yerli bazarda dizel yanacağının bahalaşmasına səbəb olan amillərə də toxunub:

“Son 2 həftədə qiymətlər xeyli aşağı düşüb. Əvvəlcədən deyim ki, larinin məzənnəsinin möhkəmlənməsi yaxın gələcəkdə yanacağın qiymətinin mütləq ucuzlaşmağa başlayacağına kömək edəcək.

Ancaq təsəvvür edək ki, iyunda dizelin daxili qiyməti 1324 dollar, benzinin qiyməti 1360 dollar olub. İndiki mərhələdə bu 1 141 dollardır. Yəni, xüsusilə son 2 həftədə qiymətlər enib. Bundan əlavə, larinin möhkəmlənməsi təbii ki, bizim bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

Bununla belə, dizel yanacağı ilə bağlı başqa problemlər də var. Məsələn, son bir ay yarım-iki ayda dizel yanacağında xeyli qıtlıq var. İllərdir əsas tədarükçümüz olan Azərbaycan (Gürcüstanda satılan məhsulların 40-45%-i Azərbaycandan gəlirdi) 2 aydan artıqdır ki, neft emalı zavodlarında təmir bərpa işləri aparılır. Onlar Avro 5 standartına uyğun dizel istehsal etməyi planlaşdırırlar, ona görə də Azərbaycandan ümumiyyətlə heç bir məhsul gətirilmir. Digər tərəfdən, Rumuniya, Bolqarıstan var, oradan bizə məhsul gətirilib, amma birincisi odur ki, buradan gətirilən məhsul artıq bahadır və bu, bazarda qiymətlərin xeyli artması ilə müşayiət olunub. Çünki, bu gün beynəlxalq bazarda qiymətlər çox yüksəkdir. Bundan əlavə, sizə deyim ki, Türkmənistandan dizel yanacağı gecikmələrlə gəlirdi.

Ümumiyyətlə, bu məhsula hələ müharibədən əvvəl böyük tələbat var idi, o cümlədən Aİ ölkələrində ehtiyatlar çox aşağı səviyyədə idi və müharibə bu prosesi daha da sürətləndirdi. Ona görə də bir tərəfdən beynəlxalq qiymət artımı, digər tərəfdən tədarüklə bağlı ciddi problemlər bu vəziyyətə gətirib çıxardı. Biz yaxın gələcəkdə qiymətlərin yenidən aşağı düşəcəyini gözləyirik”, – deyə ekspert bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı