“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.
Qerbxeber.com xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
“Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- S&P əlavə edib.
© 2022 QərbXəbər – Developed by Arcod Technology
- +994703208557
- info@qerbxeber.com