Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski general Dmitri Krasilnikovu vəzifəsindən azad edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya öz Telegram kanalında bildirib.
“Sırski general Krasilnikovu işdən çıxarıb, sadəcə olaraq çölə atıb. Dmitri Krasilnikov tabeçiliyində olanları dinləyən general idi. Təcrübəlidir Belə kritik bir anda onu işdən çıxarırlar”, – deputat bildirib.
2024-cü ilin sentyabrında Rusiya İstintaq Komitəsi Krasilnikova qarşı cinayət işi açıb. Müstəntiqlərin məlumatına görə, avqustun 6-da Krasilnikovun komandanlığı altında Ukrayna hərbi qulluqçuları Kursk vilayətində Rusiya sərhədini qanunsuz keçərək raket zərbələri endirib, yaşayış binalarını, mülki infrastruktur obyektlərini, mülki nəqliyyat vasitələrini pilotsuz uçuş aparatlarından istifadə edərək partladıblar.