President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
6592c414 94a5 4074 b7fc d50ac14be6de
Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində
Elnur123
Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı
Financialtimes desktop min.2e16d0ba.fill 1968x942
Avropa Rusiya aktivləri üçün qərar verib, dərhal hərəkətə keçməlidir-“FİNANCİAL TİMES”
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Şevçenko Yekaterinburq hadisələrində bir neçə versiya irəli sürdü

Şıxlınski adını çəkərək nəyi işarə edir?

1 həftə ago
A A
Shevchenko

Rusiya-Azərbaycan əlaqələrinin indiki durumuna münasibətim çox mənfidir. Mən hesab edirəm ki, bu münasibətlər Rusiya və Azərbaycandan asılı deyil. Bu, müxtəlif transmilli, maliyyə elitalarından asılıdır. Onlardan bəziləri Rusiya, bəziləri Azərbaycanla işləyirlər. Həmin transmilli qruplar arasında münaqişə təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri müəyyən edir.

Qerbxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Yekaterinbruqda azərbaycanlılara qarşı baş verən hadisələr fonunda iki ölkə arasında münasibətləri şərh edərkən bildirib.

“Yekaterinburqda baş verənləri diqqətlə izlədim, bu barədə yazılanları oxudum. Bu hadisələrin mahiyyəti nədir? Orada saxlanılan Səfərovları günahlandırırlar ki, onlar 2000-ci ilin əvvələrində Azərbaycan vətəndaşı olan Yunus Paşayevi öldürüblər. İndi bu hadisə ilə bağlı detallı epizodlar üzə çıxıb. Mən bilmirəm, bu həqiqətdir, həqiqət deyil, amma bu qətli onların törətdiyini deyirlər. Aydındır ki, bu məlumatlar güc strukturlarından sızıb. Orada bu barədə detallı məlumat verilir.

Bildirilir ki, bu işdə Şıxlinski soyadlı avtoritetin də adı keçir. O, Rusiyanın iqtisadi-kriminal həyatında kifayət qədər tanınmış şəxsdir.

Orada talışlarla müəyyən problemlər olduğu deyilir və s. Bu və ya başqa cür, detalların dərinliyinə varmadan deyilir ki, bu Paşayevin qətli daxili məsələdir”, – o vurğulayıb.

M.Şevçenkonun sözlərinə görə, əsas sual onunla bağlıdır ki, bu məsələ niyə məhz indi ortaya atılıb:

“Buna kim təşəbbüs göstərdi.? Burada bir neçə versiya var. Birincisi, Yekaterinburqda rəhbərlik dəyişib, Pasler yeni qubernator təyin olunub. Onu tanıyanlar deyirlər ki, birbaşa, sərt adamdır. Onun əvvəlki qubernator Kuyvaşevlə münasibətləri yaxşı olmayıb. Kuyveşev onu sıxışdırdı və o, Orenburq vilayətinə getdi. İndisə qayıdıb və regiondakı nüfuzlu qüvvələrin xəritəsini yenidən müəyyən edir. Yekaterinburqda kimlər özünü müstəqil fiqur hesab edir, Paster onları öz yerində oturtmağa başlayır. Bu, birinci variantdır. İstənilən dövlət mütləq belə hərəkət edərdi. Əgər dövlət kiminləsə qarşılaşırsa, kimsə uzun müddət yaşayır və düşünürsə, onun hər şeyi ələ keçirilib, onda istənilən dövlət gec və ya tez belə edir. Bunu bizə tarix göstərir, Kalbera tarixi, Fransanın qüdrətli maliyyə tarixi, Xodorkovskinin tarixi. Dövlət həmişə daha güclüdür. Necə ki indi Ermənistanda dövlət güclüdür. Orada dövlət kilsəyə, diaspora qarşı gedir və sizi əmin edirəm ki, dövlət qalib gələcək. O, emosiyasız, prosedura uyğun hərəkət edir və s.

İkinci variant bu hadisələrin İran-İsrail münaqişəsi ilə əlaqəli olmasıdır. Bunu istisna etmirəm. Bu, daha dərin məsələdir. Azərbaycan hər zaman İsraillə sıx əlaqələrinin olduğunu vurğulayırdı. Və hətta müharibə səviyyəsində Yerusəlimdə seminar planlaşdırılmışdı. Xəzər məsələsi ilə bağlı ABŞ-Azərbaycan-İsrail seminarı. Ehtimal edilirdi ki, İran müharibədə məğlubiyyətə uğrayacaq. Bu hadisələrin dolayı əlaqəsi ola bilər. Çünki Yekaterinburqda baş verənlərdə talışların da adı hallanır. Onlar irandilli xalqdırlar. İranlı deyillər, müstəqil xalqıdırlar. Onların dili qədim “Avesta”nın dilini xatırladır.

Mən düşünürəm ki, bu məsələdə çoxlu kartlar yenidən dəyişdirilir. Dünən özünü nüfuzlu hesab edənlər bu gün öz mövqelərini itirməyə başlayırlar. Yekaterinburqda baş verənlərdə yeganə bir məqamı – bunun Rusiya-Azərbaycan hadisəsi olduğunu görmürəm. Mən başa düşümürəm, məgər Azərbaycan və Rusiya hakimiyyətləri biznesə bu qədər sıx bağlıdırlar? Yekaterinburqadakı hadisələrdə axı söhbət Azərbaycan əsilli Rusiya vətəndaşlarından gedir. Saxlanılanlar Azərbaycan vətəndaşına deyil, azərbaycanlıya qarşı mümkün kriminal hadisədə günahlandırılırlar. Burada hər şey bir-birinə qarışıb. Mən şəxsən onun tərəfdarıyam ki, istənilən cinayət, – əgər o, həqiqətən də baş veribsə, – prossesual qaydada, qanunlara uyğun şəkildə sübut olunsun. Saxlanılanlara işgəncə verilməsin, onların öz əleyhinə ifadə verməsinə məcbur edən hərəkətlər edilməsin.

Məsələnin siyasi tərəfinə gəlincə, bu, ölkələrarası deyil, klan-elita arasında olan problemdir. Mən hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri Rusiyanın, yaxud Azərbaycanın öz daxilində hansısa qüvvələri sakitləşdirmək, yerinə oturtmaq istəyindən zərər görməməlidir”.

M.Şevçenko həmçinin bildirib ki, Azərbaycan tərəfi Rusiya Prokurorluğuna müraciət edib istintaqın birgə aparılmasını təklif edə və bu yolla həqiqəti üzə çıxarmaq olar.

Son xəbərlər

Makron

Makron: Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək

08 İyul 2025
Tramp yeni

Tramp Rusiyaya qarşı sanksiyaların qəbuluna “ciddi baxdığını” bəyan edib

08 İyul 2025
Azer pakis

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

08 İyul 2025
90848c37 a500 4e65 b5f1 05f719b5413e

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

08 İyul 2025
Tramp ve netanyahu

Tramp və Netanyahu Xameneinin taleyini müzakirə edib-İDDİA

08 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.