Bölgə xəbərləri

Separatçılar niyə görüş istəyir – Şərh

11 aprel / 14:19 2 dəq
1606903743 artsakh
11 aprel / 14:19
Burada sizin reklamınız ola bilər
Qarabağdakı separatçı rejim Rusiya sülhməramlıları vasitəsilə rəsmi Bakıya görüşün keçirilməsi təklifini göndərib. sülhməramlıların nəzarət etdiyi ərazidə “təxirəsalınmaz məsələləri” müzakirə etmək istəyirlər.
Siyasi şərhçi Asif Nərimanlı bu barədə bildirib ki, Bakıda görüşməkdən iki dəfə imtina edəndən sonra bu istəklərinin bir neçə səbəbi var:
– Beynəlxalq icimaiyyət qarşısında təmaslarda maraqlı olduqlarını nümayiş etdirirlər;
– Bu təmasları sülhməramlıların vasitəsilə qurmaqla reinteqrasiya prosesini qəbul etməmək və özlərini tərəf kimi göstərməyə çalışırlar.
“Ən mühüm detal görüşmək istəyən separatçıların çıxılmaz vəziyyətdə olmalarıdır, “təxirəsalınmaz məsələləri” müzakirə etmək istəkləri də bundan qaynaqlanır
: ordumuzun son əməliyyatları ermənilərin xarici aləmlə bağlantılarının nəzarətə götürülməsi ilə nəticələnib; məlumatlara görə, yolları nəzarətə götürəndən sonra rəsmi Bakının son tələbi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri olub;
separatçılar erməni əhalisinin bu seçiminin qarşısını alır, lakin yolların bağlanması onların Qarabağdakı əhali üzərində təsir imkanlarını saxlamalarını da çətinləşdirir; bu vəziyyətdə görüş təklifi ilə erməni əhalisinə “işləyirik” mesajını verir, həm də Ermənistanla əlaqələrinin bərpasına nail olmağa ümid edirlər;
Azərbaycanın təklifi isə qüvvədədir: Bakıda görüş və reinteqrasiya məsələlərinin müzakirəsi”.
Paylaş
Burada sizin reklamınız ola bilər