Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib.
“Qərb Xəbər” xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 4-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Kərimov Nazim Baxış oğlu, Qarayev Fuad Abdurahman oğlu və Quliyev Rafiq Meyxoş oğlu mükafatlandırılıb.