Bu gün Qazax GİKM-nin İntellektual Oyunları Klubunun təşkilatçılığı ilə eks-prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” intellektual oyunları üzrə “Gənclik kuboku” yarışı keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan turnirdə orta ümumtəhsil məktəblərinin, BDU Qazax filialının və Qazax Dövlət Sosial-iqtisadi kollecinin 40 komandası (ümumilikdə 200 gənc) iştirak edib.
“Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutan komanda “Breyn Rinq” mərhələsinə vəsiqə qazanıb. Bu mərhələnin yekunlarına əsasən müstəqil “Stronsium” komandası “Gənclik kuboku”na yiyələnib. Müstəqil “Andromeda” komandası II, “Everest-1” komandası isə III yerə layiq görülüb.
Yekunda qalib və mükafatçılar müvafiq medal və diplomlarla təltif olunublar.