Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə Ukraynanın 29 hərbi obyektini məhv edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”, – Rusiya MN sözçüsü vurğulayıb.