Dünya

Neft ucuzlaşsa Rusiya-Ukrayna münaqişəsi tez bitə bilər-Tramp

18 sentyabr / 20:00 1 dəq
Trump Tramp
18 sentyabr / 20:00
Burada sizin reklamınız ola bilər
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsində onu məyus etdiyini vurğulayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Birləşmiş Ştatlar yeddi müharibəni nizamlayaraq həll edib. Prezident Putinlə münasibətimə görə bunun (Rusiya-Ukrayna münaqişəsini nəzərdə tutur – red.) ən asan variant olduğunu düşünürdüm. Amma o, məni məyus etdi. Görək bu, nə ilə nəticələnəcək” – o deyib.
Tramp Rusiya və Ukrayna arasında müharibəni bitirmək üçün özünü məcbur hiss etdiyini vurğulayaraq, nizamlanma ilə bağlı yaxşı xəbərlər gözlədiyini qeyd edib.
ABŞ Prezidenti, həmçinin neftin ucuzlaşmasının Rusiya-Ukrayna münaqişəsinin sona çatmasına səbəb ola biləcəyini iddia edir.
Paylaş
Burada sizin reklamınız ola bilər