Sabah seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi üçün ayrılan müddət başa çatır.
“Qərb Xəbər” məlumat verir ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən geci 45 gün qalanadək seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dək olan dövrü əhatə edir.